Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu > Новости > Rusiya Dövlət Ermitajında Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir
14.03.2014
Rusiya Dövlət Ermitajında Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir
Cari ilin 13 mart tarixində Rusiya Dövlət Ermitajında Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburqun İctimai Palatası və Ümumdünya Peterburqlular Klubunun birgə təşiklatçılığı ilə 1941-ci ilin oktyabr ayında Leninqradın blokadası zamanı Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir. 
 
Tədbirdə Baş konsulluğun əməkdaşları, rusiyalı alim və ziyalılar, ictimai və siyasi xadimlər, Sankt-Peterburqdakı Azərbaycan diasporu üzvləri, tələbə və gənclər, KİV nümayəndələri iştirak etmişlər.
 
Giriş sözü ilə çıxış edən Ermitajın baş direktoru Mixail Piotrovskiy 1941-ci ilin oktyabr ayında soyuq hava və aclığa baxmayaraq Leninqradın alim və ziyalıları tərəfindən Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş elmi konfransın keçirilməsini dahi şairə göstərilən dərin hörmət əlaməti kimi qeyd etmişdir.
 
Tədbirdə çıxış edən Baş konsul Elşad Qulamov Nizami Gəncəvinin həyat və yaradıcılığından məlumat vermiş, Sankt-Peterburqda ilk dəfə olaraq 2002-ci ilin iyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə dahi şairə ucaldılmış abidədən söz açmışdır. 2011-ci ildə abidənin yerləşdiyi bağda Heydər Əliyev Fondu tərəfindən aparılan abadlıq işləri barədə məlumat vermişdir.
 
Xatirə gecəsi musiqili-poetik proqramla davam etmişdir. Proqram çərçivəsində Nizami Gəncəvinin şerlərindən misralar oxunmuş, incəsənət elmləri doktoru tanınmış tar ustası Faiq Çələbi Azərbaycan milli musiqi parçalarını ifa etmiş, o cümlədən, Peterburq artistləri tərəfindən “Məhəbbət hekayəsi” adlı rəqs miniatüru qonaqlara təqdim edilmişdir.
 
 
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki
Baş konsulluğunun mətbuat xidməti
Tel.: +7 (812) 717 38 90
 
 
 
Faydalı məlumat
Азербайджан 2020

взгляд в будущее страны

Программа развития