17 июня 2013 года в Смольном состоялась встреча заместителя Посла Азербайджанской Республики в Российской Федерации с губернатором Санкт-Петербурга Георгием Полтавченко

28 мая в Центре азербайджанской кулинарии Санкт-Петербурга «Баку» состоялся официальный прием, посвященный 95-й годовщине создания Азербайджанской Демократической Республики. Мероприятие было организовано Генеральным консульством Азербайджанской Республики в Санкт-Петербурге

18 мая с.г. в одном из самых фешенебельных отелей Санкт-Петербурга «Коринтия Санкт-Петербург» состоялся юбилейный вечер, посвященный 90-летию со дня рождения общенационального лидера азербайджанского народа, выдающегося политика и государственного деятеля Гейдара Алиева.

Əgər öz dövləti və xalqı haqqında başqa bir ölkədə, başqa bir xalqda fikir formalaşdırmaq istəyirsənsə, o zaman mütləq o xalqın içərisində olmalısan, onun necə fikirləşdiyini, dünyaya baxışını ciddi şəkildə təhlil etməlisən, yaşadığın dövlətin sosial-itisadi proseslərində aktiv rol oynamalısan.

01.05.2013
Səyyad Əliyev: “Rusiyadakı Azərbaycan diasporası mühüm işlərə imza atıb”

Əgər öz dövləti və xalqı haqqında başqa bir ölkədə, başqa bir xalqda fikir formalaşdırmaq istəyirsənsə, o zaman mütləq o xalqın içərisində olmalısan, onun necə fikirləşdiyini, dünyaya baxışını ciddi şəkildə təhlil etməlisən, yaşadığın dövlətin sosial-itisadi proseslərində aktiv rol oynamalısan.

Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bu ideoloji xəttə nə qədər ehtiyacımızın olduğunu bir daha anladıq. Çünki, qarşımızdakı düşmənlərimiz bizim yeni-yeni başladığımız lobbi fəaliyyətini uzun illərdi aparırlar.
Azərbaycandan kənarda, xüsusən də böyük dövlətlərdə yaşayan, müxtəlif peşə sahibi olan soydaşlarımıza bu mənada böyük işlər düşür.

Hazırda Rusiya Federasiyasının ən böyük vilyayətlərindən olan Sankt-Peterburqda Azərbaycan diasporasının aktiv üzvlərindən olan Səyyad Əliyev, eyni zamanda Sankt-Peterburq vilayəti qanunvericilik orqanının deputatıdır.
Vətəninfo.az Səyyad Əliyevin ölkəmizdən kənardakı diaspora fəaliyyətini oxucularımıza çatdırır.

Qısa arayış:

Əliyev Səyyad İsbar oğlu 1967-ci il mart ayının 27-də Azərbaycanın Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Pskov radiodetallar zavodunda taxta-şalban məhsullarının yığılması ilə məşğul olub. 1985-1987-ci illərdə SSRİ hərbi qüvvələri sıralarında xidmət edib. Demobilizasiyadan sonra “Lendrevprom” İB-də məhsulların yığılması ilə məşğul olub. 1989-1999-cu illərdə isə müxtəlif vəzifələrdə çalışıb və Xalturin adına 2 saylı Leninqrad ağac emalı zavodunda kommersiya sahəsi üzrə direktor müavini vəzifəsinədək yüksəlib.

İstehsalatdan ayrılmadan 1994-cü ildə o, S.M.Kirov adına Meşə Akademiyasını bitirib. 2008-ci ildə Dövlət İdarəçilik Şimal-Qərb Akademiyasını bitirərək, ikinci ali iqtisad təhsili alıb.

1999-cu ildən “Rassvet” QSC-də istehsal üzrə direktor, daha sonra isə icraçı direktor vəzifələrində çalışıb. 2001-2005-ci illərdə “İntrans” MMC-nin baş direktoru olub. 2005-2007-ci illərdə “Zavod Nevskiy Laminat” MMC-də həmin vəzifəni icra edib.

2005-ci ildə “Dubrovskoye qorodskoye poseleniye” bələdiyyə strukturunun rəhbəri və Deputatlar Şurasının sədri seçilib. 2007-ci ildə deputat səlahiyyətlərini daimi əsaslarla icra etməyə başlayıb. 2011-ci ilin dekabrında 5-ci çağırış Sankt-Peterburq vilayəti qanunvericilik orqanına deputat seçilib. “Edinaya Rossiya” (“Vahid Rusiya”) fraksiyasının üzvüdür.

- Səyyad müəllim, bu gün siz Sankt-Peterburq Vilyayət Məclisinin millət vəkilsiniz. Rusiyanın siyasi həyatında olan biri kimi Azərbaycan Rusiyada necə təbliğ olunur?

- İlk olaraq qeyd edim ki, mən 2011-ci ilin dekabrında 5-ci çağırış Sankt-Peterburq vilayət qanunvericilik orqanına “Edinaya Rossiya” (“Vahid Rusiya”) fraksiyasının üzvü olaraq deputat seçilmişəm. Təbii, bir azərbaycanlı kimi yaşadığım və çalışdığım vilyatin vətəndaşları tərəfindən, onların etimadını qazanaraq millət vəkili seçilməyi böyük bir uğur sayıram. Bir məsələni də diqqətinizə çatdırım ki, vilayətin sosial-iqtisadi və siyasi həyatında baş verənlərdə yaxından iştirak etmək üçün “Edinaya Rossiya” (“Vahid Rusiya”) fraksiyasının üzvü olmağımı da yaddan çıxarmaq olmaz. Bizim məqsədimiz Rusiya vətəndaşlarının sosial-iqtisadi sahədə problemlərlə qarşılaşmamaları, onların gündəlik həyatlarında üzləşdikləri neqativ halların aradan qaldırılması istiqamətində mütərəqqi qanunların qəbuludu. Seçildiyim ərazidə ciddi sosial-iqtisadi və məişət problemləri olan vətəndaşlarımız az deyil və hər dəfə onlarla görüşəndə, mənə olan etimadlarının nə qədər yüksək olduğunu hiss edirəm.

Azərbaycan bizim hər birimizin doğma evidi və bu müqəddəs evin sakinləri olaraq ölkəmizdən kənarda vətənimiz haqda müsbət təsəvvürün yaradılmasına çalışmalıyıq. Bir azərbaycanlı olaraq hər zaman atdığım addımlara diqqət yetirirəm. Təbii ki, Rusiya Federasiyasının müxtəlif bölgələrində, vilayətlərində yaşayan hər bir azərbaycanlı bu ölkənin siyasi həyatına daxil olmalı və yaşadığı ölkənin inkişafında üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Gərək yaşadığın ölkəyə təkcə gəlir mənbəyi kimi baxmayasan. Ölkənin inkişafını da necə qazanmaq haqqında düşündüyün qədər düşünməlisən.

- Səyyad müəllim, Rusiyada Azərbaycan diasporası sizcə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirmi?

- Hesab edirəm ki, son 10 ildə Rusiya Federasiyasındakı Azərbaycan diasporası kifayət qədər mühüm işlərə imza atmağı bacarıb. Burda Azərbaycan dövlətinin, xüsusən də Azərbaycan prezidenti cənab İlham Əliyevin xarici siyasətdə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində apardığı işləri diqqətdə saxladığını yaddan çıxarmaq olmaz. Həm dövlət başçısının, həm Heydər Əliyev Fondunun və fondun sədri Mehriban Əliyevanın bir-birindən fərqli və maraqları üzərinə çəkən layihələrin həyata keçirilməsindəki rolu inkar edilə bilməz.

Məhz bu xarici siyasətin tərkib hissəsi olaraq Rusiyada Azərbaycanın təbliği, Azərbaycan dostlarının daha da çoxalması üçün diplomatik korpusun fəaliyyəti də gözardı edilməməlidir.

Misal üçün, Sankt-Peterburqda Azərbaycanın baş konsulu hörmətli Qüdsi Osmanovun bu məsələlərdəki həssaslığı hər kəsə bəllidi.

İstər vilayət rəhbərliyi ilə, istərsə də vilayət məclis üzvləri ilə əməkdaşlıq sahəsində Qüdsi Osmanov üzərinə düşən məsuliyyətdən irəli gələrək uğurlu fəaliyyət göstərməkdədir. Azərbaycan günlərinin təşkili, milli və dini bayramların keçirilməsi, müxtəlif yarışların təşkilində Baş Konsulluğun göstərdiyi fədakarlığı qeyd etməmək olmaz.

- Bir azərbaycanlı olaraq, vilayət ərazisində, Azərbaycan diasporasının işində necə iştirak edirsiniz?

- Bir azərbaycanlı olaraq hər kəs bu məsələdə əlini daşın altına qoymalıdır. Mən də Rusiya vətəndaşı olmağıma baxmayaraq, Azərbaycan diasporasının daha da güclənməsi yönündə üzərimə düşən məsuliyyəti bilirəm.

Həm vilyayət məclisinin millət vəkili olaraq, həm də sadə azərbaycanlı olaraq insanlarla söhbətimdə Azərbaycan haqqında, xalqımız haqqında, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi uğurlar haqqında onları məlumatlandıra bilirəm.

- Səyyad müəllim, Azərbaycan kənardan sosial-iqtisadi və siyasi baxımdan necə görünür?

- Bir kəlmə ilə ifadə edəsi olsaq, Azərbaycanın Cənubi Qafqazın son 10 ildə uğurlu iqtisadi strategiyaya dayanaraq inkişaf edən bir ölkəsi olduğunu görərik. Təbii ki, burda prezident İlham Əliyevin davamlı sosial-iqtisadi sahədə apardığı uğurlu siyasəti qeyd etməliyik. Əgər bölgəyə diqqət yetirsəniz, görərsiniz ki, doğurdan da hiss olunacaq və müqayisə edilə biləcək bir dəyişikliyi Azərbaycan həyata keçirib.

- Rusiya-Azərbaycan münasibətləri haqqında nə deyə bilərsiniz?

- Rusiya Federasiyası Cənubi Qafqazın ən qədim və tarixi dövlətçilik ənənələrinə sahib Azərbaycanla dost və yaxın qonşuluq əlaqələrinin inkişafında maraqlıdır. Eyni zamanda, Azərbaycan rəhbərliyi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafında ciddi addımların artırılmasında bütün vacib olan addımları atır. Iki ölkə arasında iqtisadi və sosial və mədəni sahədə atılan addımlar, qarşılıqlı ticarət münasibətləri də göstərir ki, Azərbaycan-Rusiya münasibətləri doğru istiqamətdə inkişaf etməkdədir. Bu gün Azərbaycanda statistik rəqəmlərə görə 457 Rusiya müəssisəsi və təşkilatı fəaliyyət göstərir.

Bunlardan 219-u yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir, 149-u birgə müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya “LUKoyl” neft şirkəti, “Baltika” pivəbişirmə şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank BTB” açıq səhmdar cəmiyyəti və digər müəssisələr daxildir.

- Son olaraq, Sankt-Peterburqda yaşayan azərbaycanlıların, xüsusən də müəyyən iş adamlarına məxsus sahələrin yandırılması haqqında da fikirlərinizi bilmək istərdik?

- Bu istiqamətdə Sankt-Peterburq hüquq-mühafizə orqanları baş verənlərin istintaqını aparmaqdadır. Mövcud qanunlar çərçivəsində baş verən bu hadisələrin üstünün açılacağına əminəm və bu tip hadisələrin iştirakçıları mütləq cəzalandırılacaqlar.

http://avrasiya.net/?p=11930